Kadrlar və İşəqəbul şöbəsinin mütəxəssisi | Banco.az

Kadrlar və İşəqəbul şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

“Brand Credit BOKT" MMC İnsan Resursları Departamenti Kadrlar və İşəqəbul şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

Tələblər:
• Ali təhsil;
• İnsan resursları idarəedilməsi sahəsində ən azı 1 (bir) illik iş təcrübəsi;
• MS Office (Word, Excel, Power Point) proqramlarla iş bacarığı;
• Azərbaycan, rus dillərini bilməsi (əlavə olaraq ingilis dilini bilənlərə üstünlük verilir);
• Əmək qanunvericiliyi və insan resurslarının idarə edilməsi üzrə normativ – hüquqi aktları bilməsi;
• Kadr sənədlərinin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
• Ünsiyyətçil və məsuliyyətli olması;
• Stressə davamlılıq;
• Komandada işləmək bacarığı.

Öhdəliklər:
• İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin rəsmiləşdirilməsini təmin edir;
• Hər hansı bir səbəbdən iş yeri boşaldıqda vakansiyanı işçi ilə təmin edir;
• İşə qəbul ilə əlaqədar imtahan və müsahibələrin keçirilməsi;

•Əmək kitabçaları, xəstəlik vərəqələrinin müvafiq hissələrini doldurur, işçilərə ezamiyyə vərəqələrinin verilməsini və ezamiyyələrin qeydiyatını təmin edir;

• İşçilərin iş yerindən arayışlarını və xasiyyətnamələrini verir;

•Dövlətorqanlarına  hesabatlarınhazırlanması;

•İşçilərin məzuniyyət qrafikinin tərtib edilməsini və onun yerinə yetirilməsinə nəzarəti yerinə yetirir;

•İl ərzində hər bir işçinin məzuniyyətə göndərilməsini təmin edir;

•İşçilərin sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını təmin edir;

•İşçilərin mükafatlandırılması və cəzalandırılması üzrə sənədlərin rəsmiləşdirilməsini təşkil edir;

•İşçilərin əmək müqavilələrini, habelə işçilərin şəxsi işlərinin qanunvericiliyə müvafiq qaydada hazırlayır.
 

Əlaqə

• Yuxarıdakı tələblərə uyğun namizədlər  öz şəkilli CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.

Şirkət: 
“Brand Credit BOKT" MMC

Ən sərfəli krediti almaq üçün müraciət et