IT Mütəxəssisi | Banco.az

IT Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

İş haqqında məlumat

• Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;
• Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi; 
• İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi; 
• Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması; 
• Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi; 
• PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi; 
• Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.

Tələblər

• Microsoft Windows XP, Vista, 7, 8 əməliyyat sistemlərini bilməli; 
• Ehtiyaca görə şirkət daxilində istifadə olunan müxtəlif standart proqramlar (Microsoft Office paketi, Adobe Systems proqramları, Arxivatorlar, Readerlər, Qrafiklə çalışmaq üçün proqramlar); 
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli 
• CCNA ,microsoft OS sertifikatları arzu olunandır 
• Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli; 
• Server əməliyyat sistemlərindən anlayışı olmalı; 
• Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli; 
• Kompüterin əlavə hissələrinin və qurğularının quraşdırılmasını bilməli (printer, skaner və s.); 
• Kompüterlərin xırda təmirini bacarmalı (HDD, Ram və s kimi hissələrin dəyişdirilməsi); 
• Viruslardan təmizləməyi bilməli və onların yaratdığı fəsadları aradan qaldırmağı bacarmalı; 
• İnsanlarla qarşılıqlı ünsiyyət qurmağı və öz fikrini sərbəst ifadə etməyi bacarmalı; 
• Android, Windows mobile və İOS əməliyyat sistemlərini bilməli; 
• Mobil cihazların ehtiyatının alınması və yenidən qurulmasını bilməlidir.

İş şərtləri

Həftə içi 5 gün, saat 09.00-18.00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “IT mütəxəssisi” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.comsaytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Şirkət: 
Azersun Holding

Ən sərfəli krediti almaq üçün müraciət et