İT Koordinasiya və Analitika şöbəsinin Mütəxəssisi | Banco.az
Rabitəbank

İT Koordinasiya və Analitika şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASCc vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

 Test ssenarilərinin qurulması, dəyişikliklərin və yeniliklərin test edilib sifarişçiyə təhvil verilməsi;
 Layihənin, tələb olunan dəyişikliklərin İT strukturu tərəfindən tələb olunan tarixlərdə icrasına
daim nəzarət etmək;
 Tələb olunan dəyişikliklərin edilməsi üçün İT strukturuna prosesin ətraflı izah edilməsi.


Namizədə olan tələblər:

 Ali təhsil;
 Digər strukturlarla yüksək ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
 Texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
 Bank qanunvericiliyini yaxşı səviyyədə bilmək;
 Bank əməliyyat sisteminin qurulması zamanı layihədə iştirak təcrübəsi arzuolunandır;
 Bank əməliyyatları (depozit, plastik kartlarla iş, pul köçürmələri və s.) üzrə bilik və təcrübənin
olması üstünlükdür.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Koordinasiya və Analitika” göstərməyiniz xahiş olunur.


Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et