İstehlak kreditləri üzrə kiçik mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis) | Banco.az
Bank BTB

İstehlak kreditləri üzrə kiçik mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis)

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC  İstehlak kreditləri şöbəsi üzrə Kiçik mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifələrinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

İş barədə məlumat:

  • Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
  • İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
  • Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
  • Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Istehlak kreditləri sahəsində ən azı 1 il iş təcrübəsi
  • Ünsiyyət qurma bacarığı;
  • Təqdim etmə, təhlil etmə və satış bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İstehlak kreditləri üzrə kiçik mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et