İstehlak kreditləri bölməsinin Aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

İstehlak kreditləri bölməsinin Aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC  Müştəri xidmətləri departamenti, Pərakəndə bankçılıq şöbəsi, İstehlak kreditləri bölməsi, Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

İş barədə məlumat:

  • Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
  • İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
  • Yeni müştəriləri cəlb edir, istehlak kreditləri  ilə bağlı Bankın kredit məhsullarının satışını həyata keçirir;
  • İstehlak kredit portfelinə gündəlik nəzarət edir
  • Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
  • Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • İstehlak kreditləri sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Satış bacarığı;
  • Ünsiyyət qurma bacarığı;
  • Təqdim etmə, təhlil etmə və satış bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri departamenti, Pərakəndə bankçılıq şöbəsi, İstehlak kreditləri bölməsi, Aparıcı mütəxəssis)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et