İşə qəbul üzrə Qrup Rəhbəri (Recruitment Team Lead) | Banco.az
Unibank

İşə qəbul üzrə Qrup Rəhbəri (Recruitment Team Lead)

Vakansiya haqqında məlumat: 

Təsvir

  • İşə qəbul komandasının fəaliyyətini tənzimləyir və idarə edir, əməkdaşların bilik və bacarıqlarını inkişaf etdirmək üçün, onlara mentorluq edir;
  • İşçi tələblərinə əsasən müvafiq elanların hazırlanmasına, daxili və xarici axtarış kanallarında yerləşdirilməsinə nəzarət edir;
  • Vakansiyalara uyğun namizədlərin seçilməsini, ilkin müsahibələrin və test mərhələlərinin təşkil edilməsini, müsahibə nəticələri barədə namizədlərin məlumatlandırılmasını təmin edir;
  • Yeni və təkmilləşdirilmiş işə qəbul strategiyaları hazırlayır;
  • Mövcud işə qəbul prosedurlarını nəzərdən keçirir və zərurət olduqda yeniləyir;
  • İşə qəbul prosesləri zamanı yaranan problemləri müəyyən etmək və həll etmək üçün müxtəlif metrikaları müəyyən edir və mütəmadi izləyir;
  • İşə qəbul komandası ilə mütəmadi görüşlər təşkil edərək geribildirimləri və qoyulan hədəfləri kommunikasiya edir;
  • Tabeçiliyində olan əməkdaşların təlim ehtiyaclarını müəyyən edir və qarşılanmasını təmin edir;
  • Karyera sərgilərində və əmək yarmarkalarında iştirakı təmin edir;
  • «Employer Branding»-i gücləndirmək üçün digər strukturlarla birgə fəaliyyət planının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
  • Komandanın fəaliyyəti ilə bağlı müxtəlif statistik və analitik hesabatlar hazırlayaraq rəhbərliyə təqdim edir.

 

Tələblər

  • İşə qəbul sahəsində iş təcrübəsi - ən azı 2 il , İşə qəbul sahəsində rəhbər kimi iş təcrübəsi - ən azı 1 il;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri), Rus dili (arzuolunandır);
  • Liderlik, komandanı idarəetmə və motivasiya etmə bacarığı;
  • Yüksək səviyyədə MS Excel bilikləri;
  • Rekrutment sahəsi üzrə müxtəlif praktikalar, metodologiya və axtarış kanalları üzrə biliklər və təcrübə;
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
  • Analitik düşüncə və problem həlletmə bacarığı;
  • Deleqasiya etmə bacarığı.

 

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et