İşə qəbul şöbəsinin rəhbəri | Banco.az
Mol Bulak

İşə qəbul şöbəsinin rəhbəri

Vakansiya haqqında məlumat: 

“Mol Bulak Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, kiçik və eyni zamanda uğurlu mikromaliyyə institutu olmuş “İnvest Kredit BOKT” MMC-nin varisidir. Şirkət ilkin olaraq, 2005-ci ildə qeyri-kommersiya İcma İnkişaf Mərkəzi qeyri-hökumət təşkilatı tərəfindən kənd təsərrüfatı sahəsində kiçik sahibkarlığın maliyyələşdirilməsi məqsədi ilə yaradılmışdır.
2008-ci ildə İnvest Kredit Bank Olmayan Kredit Təşkilatı MMC kimi yenidən qeydiyyata alınan Şirkət Qafqazda və Azərbaycan Respublikası əraizisində yaşayan beynəlxalq qaçqınlara xidmət göstərən və ölkədə səhmlər birjasına öz istiqrazları ilə  daxil olan ilk şirkət olmuşdur. 2011-ci ilin sonunda İnvest Kredit hazırki sahibkar və təcrübəli mikromaliyyə investoru olan Gascoyne Investment Limited tərəfindən alınmışdır. Bundan sonra Şirkət beynəlxalq Mol Bulak mikromaliyyə şəbəkəsinə qoşulmuş və yeni loqo ilə birlikdə yenidən brendləşdirilmişdir.
Mol Bulak Şəbəkəsi Qırğızıstan və keçmiş Sovet ölkələrindən olan təcrübəli mikromaliyyə mütəxəssisləri tərəfindən yaradılmışdır. Mol Bulak Qırğızıstanın uğuru Şirkətin Qırğızıstan sərhədlərindən kənara genişlənməsi ilə nəticələnmişdir. Hazırda Mol Bulak Şəbəkəsi Qırğızıstan və Azərbaycan daxil olmaqla, bir çox keçmiş Sovet ölkələrində fəaliyyət göstərir. Mol Bulak Azərbaycan hazırda 30-a yaxın filialı ilə Respublika ərazisində fəaliyyət göstərir.

Mol Bulak Bank Olmayan Kredit Təşkilatı aşağıda qeyd edilən vəzifə üzrə işçi yığımı elan edir:

İşə qəbul şöbəsinin rəhbəri

Namizədlərə olan tələblər:

• Bank və ya bank olmayan kredit təşkilatında minimum 2 il iş stajı olmaqla, ümumilikdə İnsan resurslarının idarə edilməsi, xüsusilə də işə qəbul sahəsində minimum 4 il iş stajı
• İşə qəbul prosesinin həyata keçrilməsi, işçilərin qiymətləndirilməsi, karyera planlaması sahəsində praktik və nəzəri biliklər
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər hüquqi normativ aktları mükəmməl bilmək 
• Mükəmməl hesabatlılıq və təqdimat bacarığı (MS Word, Excel,  Power Point, Outlook)
• Azərbaycan dilini qrammatik yazı və danışıq səviyyəsində mükəmməl bilmək. Rus və ingilis dillərini bilənlərə üstünlük verilir.

Qeyd: Vəzifə öhdəliklərinə regionlara ezamiyyətə getmək daxildir.

Əmək haqqı: 1200 AZN

Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.

Şirkət haqda ətraflı məlumatı www.molbulak.az ünvanından ala bilərsiniz.

Vakansiyalar və namizədlərə olan tələblər ilə  bağlı ətraflı məlumatı http://molbulak.az/post/3/vakansiyalar ünvanından ala bilərsiniz.

CV-lərinizi azərbaycan, rus və ya ingilis dillərində  tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə, [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et