İR Biznes analitik | Banco.az

İR Biznes analitik

Vakansiya haqqında məlumat: 

Şirkət haqqında :1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 
 
Vəzifənin adı: İR Biznes analitik

Təcrübə müddəti: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi

Təhsil: Ali  (Maliyyə, İqtisadiyyat və ya idarəetmə ixtisasları arzuolunandır)

İxtisas Bilikləri və Bacarıqlar: 

 - Əməkhaqqıda bonus sistemlərinin qurulması və imtiyazlar sahəsində biliklər
 - İş və iş yükü analizləri sahəsində təcrübə
 - Performansın idarəedilməsi sahəsində biliklər
 - İş dəyərləndirilməsi sahəsində biliklər
 - Prosedur, təlimat, əsasnamələrin tərtibi və hesabatların hazırlanması sahəsində biliklər
 - İnsan resurslarının planlaşdırılması sahəsində biliklər

Kompyuter Bilikləri: Yüksək səviyyədə MS Excel biliyi

VƏZİFƏ FUNKSİYALARI: 

- İş yükü analizi, iş analizlərini aparmaq və işçi say normalarını, vəzifə funksiyaları üzrə iş standartlarını (fəaliyyət addımlarının icra müddətini) müəyyən etmək
 - Vəzifə funksiyaları üzrə tələb olunan səriştə və kvalifikasiya tələblərini müəyyən etmək
 - Vəzifə funksiyalarının effektivliyini və səmərəliliyini ölçən performans göstəricilərini (KPIs) müəyyən etmək
 - Mükafatlı əməkhaqqı sistemlərini qurmaq və performansın idarəedilməsi sistemləri ilə əlaqələndirmək
 - Performansın idarəedilməsi sistemlərini qurmaq
 - İş dəyərləndirmələri həyata keçirmək
 - Daxili məmnnunluğun ölçülməsi üçün müxtəlif struktur bölmələrin fəaliyyəti ilə bağlı sorğular hazırlamaq və keçirmək
 - İnsan resursları hesabatlarını hazırlamaq
 - Prosedur, təlimat və əsasnamələr hazırlamaq

İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "İR Biznes analitik" qeyd edilməsi xahiş olunur. 

Şirkət: 
Veysəloğlu Qrup MMC

Ən sərfəli krediti almaq üçün müraciət et