İpoteka kreditləri üzrə mütəxəssis | Banco.az
Rabitəbank

İpoteka kreditləri üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

"Rabitabank" ASC Bakı filiallarına və Mikro və riteyl kreditlər departamenti İpoteka kreditləri üzrə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

·        Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;

·        Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;

·        Müştərinin maliyyə analizini həyata keçirmək;

·        Kredit portfelinin keyfiyyətinə nəzarət etmək.

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

 Namizədə olan tələblər:

  •  Ali təhsil (maliyyə sahəsində olması arzuolunandır);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi (Vəzifədən asılı olaraq)
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi (xarici dil bilən şəxslərə üstünlük verilir);
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək kommunikasıya, komandada işləmək və problemləri həll etmək bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İpoteka kreditləri üzrə kredit mütəxəssisi qeyd etməyiniz xahiş olunur. 

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Ən sərfəli krediti almaq üçün müraciət et