İnsan resursları şöbəsi / Mütəxəssis | Banco.az
Expressbank

İnsan resursları şöbəsi / Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Tələblər: 

  • Ali təhsil;
  • Analoji sahədə 1 il iş təcrübəsi; 
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək; 
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti 

Vəzifə öhdəlikləri: 

  • İşə qəbul ilə bağlı anketlərin seçilməsi;
  • İşə götürülməsi nəzərdə tutulan namizədlərin müsahibə və yoxlama yolu ilə nəzərdən keçirilməsi, xülasələri yoxlanılması;
  • Kadr ehtiyatı ilə bağlı verilənlər bazasının mütəmadi olaraq yenilənməsinın icrası; 
  • İşə qəbul ilə bağlı elanların yerləşdirilməsi.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

Namizədliyiniz üzrə müvafiq vakansiya yarandığı halda İnsan Resursları şöbəsinin əməkdaşları qısa zaman ərzində Sizinlə əlaqə saxlayacaqlar.

Ən sərfəli krediti almaq üçün müraciət et