İnformasiya Texnologiyaları İşçisi | Banco.az
FINCA Azerbaijan

İnformasiya Texnologiyaları İşçisi

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı İnformasiya Texnologiyaları Departamenti üçün İnformasiya Texnologiyaları İşçisi vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 155,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Məqsəd:

İT İşçisi onun tabeçiliyində olan “FINCA  Azerbaijan”-ın filiallarında İT sistemlərini dəstəkləyir. Buraya bütün texniki təchizatın (hardware), proqram təminatının (software) və şəbəkə sisteminin təşkil olunması, idarə  olunması, təkmilləşdirilməsi və nasazlığın aradan qaldırılması daxildir.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  •          Ali təhsil (aidiyyatı sahədə olması arzuolunandır);
  •          Bu sahədə ən azı 3 il təcrübəsi;
  •          Şəbəkə texnologiyalarının və protokollarının əsasları üzrə dərin biliklər;
  •          MS Windows 2008 Server əməliyyat sistemi və domenin idarə olunması üzrə dərin biliklər;
  •          MS Windows XP/WIN7 əməliyyat sistemləri və MS Office proqram təminatları üzrə biliklər;
  •          Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  •          Aidiyyatı  sahədə hər hansı sertifikatı olanlara üstünlük verilir;
  •          Bölgələrə səfər etmək məhdudiyyətinin olmaması;

·         Komputer avadanlıqları (hardware) üzrə dərin biliklərin olması.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 May 2015-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№211/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç