İnformasiya Texnologiyaları departamenti, mütəxəssis | Banco.az
PAŞA Bank

İnformasiya Texnologiyaları departamenti, mütəxəssis

Vakansiya haqqında məlumat: 

Vəzifə: Mütəxəssis
Funksiya: Əməliyyatlar
Department: İnformasiya Texnologiyaları
Şöbə: Məlumat Təhlükəsizliyi Xidmətləri
Qrup: N/A
Tabeçilik: Şöbə rəhbəri

Vəzifənin məqsədi

- Dəyərli biznes məlumatının, onun təsnifatının və girişə nəzarətin mümkünlüyü, bütövlüyü və məxfiliyinə məsul olmaq.

Vəzifə Öhdəlikləri

- Xidmət səviyyəsi müqaviləsinə uyğun məlumatın təhlükəsizliyi ilə bağlı sorğuları vaxtı-vaxtında idarə etmək.
- İstənilən təhlükəsizlik insidentləri ilə bağlı vaxtı-vaxtında hesabat təqdim etmək.
- Təhlükəsizlik nəzarətlərinin gündəlik idarə olunmasına məsul olmaq.
- Əməliyyat təhlükəsizliyi məsələlərinə və təhlükəsizlik insidentləri zamanı müvafiq tədbirlər görmək.
- Şəbəkə və tətbiqetmələrin firewall qaydalarını nəzərdən keçirmək.
- Ehtiyac olduğu təqdirdə yeni təhlükəsizlik nəzarətlərini müəyyən etmək və həyata keçirmək.
- Korporativ təhlükəsizlik siyasətlərinə və standartlarına qarşı dəyişiklik sorğuları ilə bağlı təhlükəsizliyin qiymətləndirilməsini aparmaq.
- Yeni tətbiqlər, mövcud infrastruktur və tədbiqi həllər ilə bağlı riskləri müəyyən etmək və qarşısını almaq üçün müvafiq tədbirlər görmək
- Şirkətin əməliyyat mühiti ilə bağlı risk və təhlükələri başa düşmək.
- Risk və biznes təsirinin qiymətləndirilməsini təşkil edən metodlardan istifadə edərək təhlükəsizlik tələblərini müəyyən etmək üçün digər funksiyalar ilə çalışmaq.
- Təhlükəsizlik ilə bağı nöqsanların azaldılmasına və təkrar edilən tapşırıqların avtomatlaşdırılmasına kömək etmək üçün yeni təhlükəsizlik vasitələri və həlləri məsləhət etmək.
- Birbaşa rəhbər tərəfindən tapşırılan digər yazılı və şifahi tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: İnformasiya texnologiyaları, kompüter elmləri və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: CompTIA Security+ (arzuolunandır)
• Xarici dil: İngilis dili (yaxşı); 
• Bazar biliyi: Bankçılıq (arzuolunandır);
• Məhsulların biliyi: Əsas Bank Sistemi, Bank Kartları Prosessinq Sistemi (arzuolunandır);
• Komputer biliyi: MS Office Excel; 
• Digər: İnformasiya təhlükəsizliyinin ən yaxşı təcrübələri (best practice) ilə tanış olma, informasiya təhlükəsizliyinin bütün sahələri üzrə funksional məlumatın olması (vulnerability management, access controls, business continuity and disaster recovery, identity and access management, network security, IT operations and enterprise risk management), proses, prosedur və standartlar təkminləşdirilməsi ilə bağlı təcrübənin olması, əsas məlumat bazası ilə tanış olma, əməliyyat sistemi və şəbəkə təhlükəsizliyi, AWS ilə tanışlıq (arzuolunandır). Detallara diqqət yetirmək, müxtəlif komanda üzvləri ilə çalışmaq bacarığı.

E - mail : [email protected]