İnformasiya Təhlükəsizliyi Şöbəsinin Mütəxəssisi | Banco.az
Kapital Bank

İnformasiya Təhlükəsizliyi Şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri İnformasiya Təhlükəsizliyi Şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bank sirrinin yayılması və bankın informasiya bazalarına kənar müdaxilələrin qarşısnın alınmasıməqsədi ilə monitorinqlərin keçirilməsi;
  • Bankda informasiya təhlükəsizliyinin təmin edildiyi vasitələrin təhlilini aparmaq, mövcud qüsurların aradan qaldırılması istiqamətində işlər görmək;
  • PCİ DSS standartlarının tələblərinə uyğun olaraq 24 saat ərzində hadisələrin jurnallarının saxlanılması və hadisələrin reaksiyası üzrə tədbirlər görmək;
  • İnformasiya hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, təhlili və ümumiləşdirilməsi;
  • İnformasiya təhlükəsizliyi hadisəsi haqqında alınmış informasiyanın təhlilinin aparılması və onun təsnifləşdirilməsi;
  • İstifadəçilərin hüquqlarının dəyişdilməsi / istifadəçi adlarının ləğv edilməsi və ya yenisinin yaradılması;
  • Windows? Unix/Linux, MBIS Oracle istifadəçilərinin uçot qeydlərinin çoxsaylı bloklanmaların uçotu.

Tələblər

  • İnformasiya Texnologiyarları sahəsində ali təhsil;
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Komanda tərkibində fərdi şəkildə işləmək qabiliyyəti;
  • İnformasiya Texnlogiyaları sahəsində minimum 3 illik iş təcrübəsi

Müraciət üçün vəzifənin adını qeyd edib [email protected] ünvanına göndərə bilərsiniz.

Son müraciət tarixi: 15.10.2016

Ən sərfəli krediti almaq üçün müraciət et