Hüquqi təminat şöbəsinin hüquqşünası | Banco.az
Expressbank

Hüquqi təminat şöbəsinin hüquqşünası

Vakansiya haqqında məlumat: 

Tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş stajı;
  • Microsoft Office proqramlarını bilmək;
  • Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
  • Azərbaycan dilini sərbəst bilmək. (Rus və İngilis dillərini bilmək arzuolunandır)

 

Vəzifə öhdəlikləri:

  • Bank daxili təlimat, qayda və prosedurların layihələrinin  hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
  • Qanunvericilik aktlarının və bank daxili normativ sənədlərinin uçotunu aparmaq;
  • Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Bankın aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;

 

  • Bankda daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək;
  • Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək;
  • Bankın hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək;

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.   

Ən sərfəli krediti almaq üçün müraciət et