Kapital Bank
Hüquq Departamentinin Korporativ Hüquq Şöbəsinin Aparıcı hüquqşünası
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Hüquq Departamentinin Korporativ Hüquq şöbəsinin Aparıcı hüquqşünası vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bankdaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
- Müxtəlif maliyyə məhsullarına dair hüquqi dəstəyin göstərilməsi;
- Korporativ katiblik funksiyasının təkmilləşdirilməsi istiqamətində işlərin aparılması;
- Hüquqi rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak;
- Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
- Bankın bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
- Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Bankın təmsil edilməsi;
- Bankın fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Mübahisələr ilə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi.
Tələblər
- Ali hüquqi təhsil (magistr təhsili arzuolunandır);
- Bank sahəsində 3 illik iş təcrübəsi;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
- Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
- Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
- Komanda tərkibində işləmək bacarığı;
- Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi.