Güzəşt və Mənfəətlər üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Güzəşt və Mənfəətlər üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Vəzifənin məqsədi

Yerli və beynəlxalq təcrübə əsasında hazırlanmış rəqabətə davamlı Güzəşt və Mənfəət strukturunun yaradılması və idarəedilməsinə cavabdehdir. Bankın əməkhaqqı ilə bağlı bütün öhdəliklərinin yerinə yetirilməsinə cavabdehdir. Vaxtında və düzgün aparılan ödənişlərə və hesabatlara görə cavabdehdir.

Vəzifə öhdəlikləri

• Müavinət və mükafatların vaxtında hesablanması və nəzarətdə saxlanması 
• Mükafat sxeminin həyata keçirilməsi və ildə bir dəfə yenilənməsi
• Bank əməkdaşları üçün endirimlərin tətbiqi üçün partnyorların axtarışı
• Mənfəət istifadəsinə dair aylıq və rüblük hesabatların hazırlanması
• İntranetdə mənfəət strukturunun yenilənməsi
• İR əməliyyatı proseslərinin, prosedur və qaydaların hazırlanması, təkrar nəzərdən keçirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması 
• Bütün bankda maaşa baxılmasının təşkil edilməsi və həyata keçirilməsi (maaş sorğularının keçirilməsi, maaş aralıqlarının yenilənməsi və daxili ədalət prinsipinin qorunması daxil olmaqla)
• Güzəşt və mənfəətlər prosedurunun yaradılması və yenilənməsi və həyata keçirilməsi, bu sahədə yerli bazardakı trendlərin izlənilməsi
• Mənfəətlərin administrasiyası (endirim kartları, mobil əlaqə, taksi xidmətləri, biznes kartlar və s.)
• Büdcənin hazırlanması (hər bir boş vakansıyanın dəyərinin hesablanması, yarana biləcək maaş və mənfəət artımının əlavə edilməsi, bütün faktiki qiymətlərin əlavə edilməsi və bir fayla yığılması)

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat və ya digər uyğun sahədə ali təhsil (bakalavr dərəcəsi)
• Tələb olunan iş təcrübəsi: minimum 3 il (İR əməliyyat, kadr kargüzarlığı, Güzəşt və Mənfəət və ya digər İR sahələri)
• Xarici dillər: İngilis (orta).
• Kompüter bilikləri: Microsoft Office, SAP HRMS.
• Başqa tələblər: Güclü ünsiyyət bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına emailin mövzu hissəsində “Güzəşt və Mənfəətlər üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et