Göyçay filialına Problemli kreditlər üzrə Mütəxəssis | Banco.az

Göyçay filialına Problemli kreditlər üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Göyçay filialına Problemli kreditlər üzrə mütəxəssis qəbulu elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslər ilə telefon və birbaşa əlaqələr yaradıb danışıqlar aparmaq;
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanlarda, iş yerlərində qeyd olunan şəxslərlə görüşlərin təşkili, onlara borca dair bildirişlərin və xəbərdarlıq məktublarının çatdırılmasını təmin etmək;
• Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirmək;
• Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işini aparmaq;
• Müştəri tərəfindən edilən ödənişlərə şəxsən nəzarət etmək;
• Borcların bərpasına dair hesabatları hazırlamaq.

Namizədə qarşı tələblər:

• Ali təhsili olanlara üstünlük verilir;
• Xüsusi tələblər: stressə davamlı olmaq, inandırmaq qabiliyyətinə malik olmaq, insan psixologiyasına bələd olmaq, detallara qarşı diqqətli olmaq, analitik düşüncə tərzinə sahib olmaq, müxtəlif tipli insanlarla rahat  ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığına malik olmaq;
• Problemli kredit sahəsində və digər oxşar sahələrdə ən azı 1 il iş təcrübəsinə sahib olmaq;
• Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanına sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 avqust 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Göyçay filialına Problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.