Forex üzrə mütəxəssis / baş mütəxəssis: | Banco.az
Rabitəbank

Forex üzrə mütəxəssis / baş mütəxəssis:

Vakansiya haqqında məlumat: 

Əsas vəzifələri:

  • Bankın Forex üzrə məhsul və xidmətlərinin təşkili və aparılması;
  • Potensial müştərilərin axtarışı və cəlb olunması;
  • Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlili;
  • Call centre-ın Forex ile bağlı işin təşkili və nəzarəti;
  • Forex barədə  müştərilərə təlimlərin təşkili və aparılması;
  • Müştərilərdən daxil olan şikayət və problemlərə operativ baxılması  və həll olunması;
  • Bankın Forex siyasətinə uyğun  marketinq araşdırmalarının aparılması və araşdırmalar əsasında biznes planın hazırlanması;
  • Marketinq departamenti ilə birlikdə Forex məhsullara aid reklam aksiyalarının təşkili və buna aid olan digər  fəaliyyətlərin həyata keçirilməsi;  (Reklam vasitələrinin  dizaynı üzrə təkliflərin verilməsi, interaktiv marketinq, qizli marketinq, açıq marketinq və s.)
  • Reklam aksiyalarının təhlil edilməsi və onların səmərəliliyi və nəticələri  haqqında hesabatların hazırlanması;
  • Bankın Forex məhsullarının inkişafina dair təkliflərin verilməsi və s.
  • Satışın  rüblük / illik planının tərtib edilməsi və  satış statistikasının təhlili

Namizədə olan tələblər

  • Təhsil : Ali
  • İş stajı : müvafiq sahədə ən azı 3 il
  • Dil biliyi : Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini bilənlərə üstünlük verilir
  • Kompüter biliyi: MS Office (peşəkar səviyyədə)
  • Yüksəl analitik qabiliyyətli
  • Yüksək ünsiyyət və təqdim edtmə  bacarıqları
  • Satışın psixologiyası və prinsiplərin yaxşı bilməsi
  • Məqsədəyönümlü, məsuliyyətli, operativ və  yeni ideyalara malik olması

Qeyd: Kişi namizədlərə üstünlük veilir.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə qeyd olunmalıdır.

Əlaqə vasitələri:

 E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et