Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin stajçı mütəxəssisi/baş mütəxəssisi | Banco.az
Xalq Bank

Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin stajçı mütəxəssisi/baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə:   Kredit İdarəsinin Fond və maliyyə təşkilatlarının kreditləri ilə iş şöbəsinin stajçı mütəxəssisi/baş mütəxəssisi

Əmək haqqı: (1000 AZN-dən 2330 AZN-dək)

Vəzifə : ( kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, baş mütəxəssis)

Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (670 AZN)  ödənilməklə stajçı mütəxəssis götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

•  İqtisadiyyat , maliyyə və bank işi sahəsində ali magistr təhsili(ona bərabər tutulan təhsil səviyyəsi);
•  Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank təcrübəsi olanlara üstünlük verilə bilər ;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük verilə bilər);
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri ( excell proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük verilə bilər);

İŞİN TƏSVİRİ:

•  Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən ipoteka kreditləri üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
•  Sahibkarlığa kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin kreditləşməsi üzrə filialların kredit bölmələri əməkdaşlarına lazımi məsləhətlərin  verilməsi və onların bu sahədə işinə nəzarət;
•  Bankın daxili ipoteka proqramları, biznes kreditləri üzrə Filialların Kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
•  Kreditin verilməsinə dair qərar qəbul edilməsi, filialların limit səlahiyyətləri xaricində olan və dövlət fondları tərəfindən maliyyələşdirilən kredit sifarişlərinə baxılması, 
 • Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
 • Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitələri :

E - mail :  [email protected] 
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

Ən sərfəli krediti almaq üçün müraciət et