Filial müdiri (Sumqayıt filialı) | Banco.az

Filial müdiri (Sumqayıt filialı)

Vakansiya haqqında məlumat: 

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir.

Hal-hazırda “Qafqaz Lizinq” ASC  Filial müdiri (Sumqayıt filialı) vəzifəsinə işçi qəbulu elan edir.

 

Əsas vəzifə və öhdəliklər:

  • Yeni müştərilərin cəlb edilməsini təmin etmək;
  • Müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
  • Filialın portfelinin keyfiyyətli idarə olunması;
  • Filialın satış büdcəsinin reallaşmasına nəzarət etmək və hədəflərə çatmaq üçün mane olan faktorların səbəblərini müəyyən etmək;
  • Filialın fəaliyyəti ilə bağlı təkliflər vermək;
  • Filial işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
  • Əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Lizinq, bank və ya bank olmayan kredit təşkilatında ən azı 2 (iki) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Analitik mühakimə etmək qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını Filial müdiri (Sumqayıt filialı) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B

Tel: (+99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.

Şirkət: 
“Qafqaz Lizinq” ASC

Ən sərfəli krediti almaq üçün müraciət et