Filial müdiri | Banco.az
Kapital Bank

Filial müdiri

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri  Filial müdiri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Filialın fəaliyyətinə rəhbərlik etmək, tabeçiliyində olan şöbələrin qarşılıqlı münasibətini əlaqələndirmək;
  • Bankın İdarəetmə Orqanlarının qərarlarını, İdarə Heyəti Sədrinin əmr və sərəncamlarını icra etmək;
  • Bankın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirilməsi;
  • Filialın  müştəri bazasının yeniləşdirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ bank məhsullarının satışını təşkil etmək;
  • Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
  • Müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
  • Filiallara etibar edilmiş maddi qiymətlilərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək;  və s.

Tələblər

  • Ali İqtisadi və ya hüquqi təhsil;
  • Bank sahəsində 3 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
  • Mərkəzi Bankın  attestasiyasından keçməli;
  • Qüvvədə olan bank qanunvericiliyini və MB-in təlimatlarını bilməli;
  • Qüsursuz vətəndaş olmalı (şəxsi, mənəvi keyfiyyətlər);
  • Biznesin inkişafı bacarığı;
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
  • MS Office-dən istifadə bacarığı;
  • Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
  • Strateji və analitik düşünmə qabiliyyəti;
  • Liderlik qabiliyyətinin olması;

Müraciət etmək üçün buraya klikləyin.

Ən sərfəli krediti almaq üçün müraciət et