Əməliyyatlara dəstək və monitorinq şöbəsinin kiçik mütəxəssisi | Banco.az
Kapital Bank

Əməliyyatlara dəstək və monitorinq şöbəsinin kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Əməliyyatlara dəstək və monitorinq şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Filiallardan və müvafiq struktur bölmələrindən daxil olan xidməti məktubların bank sistemi vasitəsi ilə qəbul edilməsi,nöqsanın analiz edilməsi,  müxabirləşmələrin yoxlanılması və nöqsanın aradan qaldırılması üçün müvafiq müxabirləşmələrin aparılması və təsdiq edilməsi üçün avtorizatora təqdim edilməsi;
  • Filiallardan və ya müvafiq struktur bölmələrindən  müştəri, işçi və ya texniki səhvlər nəticəsində yaranmış problemlər ilə bağlı daxil olan zənglərin və elektron məktubların cavablandırılmasını təmin edilməsi;
  • Daxil olmuş xidməti məktubların uçotu və qeydiyyatın aparılması;
  • Əməliyyatların yoxlanması, avtorizasiyası;
  • Təyin olunmuş növbə əsasında bank gününün bağlanması üçün,sistemdə təsdiq olunmamış müxabirləşmələrin təsdiqinə nəzarət etmək ,filialın müraciəti əsasında səhv yığılmış maxabirləşmələrin silinməsinin təmini və günün bağlanması ilə bağlı filiallara əməli köməklik göstərilməsini təmin etmək.

Tələblər:

  • Ali iqtisadi təhsil:
  • Bank  işi sahəsində ən azı 1 il iş təcrübəsi:
  • MS Office və digər xüsusi bank proqramlarını bilmək və işində istifadəsini təmin etmək:
  • Dil bilikləri: Azərbaycan dili(əla), rus dili (əla), ingilis dili (yaxşı) səviyyədə.

CV-lərinizi, mövzu hissəsində “Əməliyyatlara dəstək və monitorinq şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et