Əməliyyat üzrə mütəxəssis- Regionlar | Banco.az
Kapital Bank

Əməliyyat üzrə mütəxəssis- Regionlar

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri  Xaçmaz, Göyçay, Şəki, Şirvan və Qəbələ filiallarının Xidmət bölməsində Əməliyyat üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər :

• Müştərilərə xidmət;
• Sürətli pul köçürmə əməliyyatlarının aparılması;
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı;
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
• Ödəniş kartları üzrə əməliyyatların aparılması.

Tələblər :

• Ali təhsil;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• Azərbaycan dilində sərbəst danışmaq bacarığı 
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Əməliyyat üzrə mütəxəssis – Xaçmaz " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Ən sərfəli krediti almaq üçün müraciət et