Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis | Banco.az
Bank Respublika

Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

Bank Respublika” ASC “Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis / aparıcı mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
• Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
• Risk nəzarət matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
• Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
• Bank daxili normativ sənədlərin, məhsul və xidmət  passportlarının, risk nəzarət mexanizmlərinin  nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
• Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində  risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
• Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
• Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınmasıı ilə bağlı təkliflərin verilməsi.

Namizədə qarşı tələblər:

• İqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil;
• Əməliyyat risklərinin və biznes proseslərinin təhlili, daxili audit və daxili nəzarət istiqamətləri üzrə minimum 1 il iş təcrübəsi;
• Biznes proseslərinin tənzimlənməsi barədə AR Mərkəzsi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklər;
• MS Excel, Word proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
• Azərbaycan dili mükəmməl olmalıdır, rus və ingilis dilləri arzu olunandır.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et