Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis | Banco.az
Ziraat Bank Azərbaycan

Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Əməliyyat riskləri üzrə mütəxəssis/aparıcı mütəxəssis 

Vəzifəyə olan tələblər:

-    Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;

-    Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL  bilikləri;

-    Yüksək analitik  düşünmə və problem həll etmə qabiliyyəti;

-    Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;

-    Türk və ingilis dili bilikləri arzuolunandır;

-    Bank sahəsində ən azı 3, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;

-    FRM, CFA, ACCA sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir.

Əsas vəzifələr: 

-    Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
-    Əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının (RCSA, ssenari analizləri, risk xəritələrinin tərtibi və s.) tətbiqi;
-    Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
-    Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
-    Bankın baş ofisi və filiallarında həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və  təkliflərin verilməsi;
-    Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
-    Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi;
-    Yeni məhsul və xidmətlərin risk qiymətləndirilməsində iştirak;
-    Stress-testlərin həyata keçirilməsi;
-    Risk limitlərinin müəyyənləşdirilməsi, riayyət olunmasına nəzarətin həyata keçirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 28-nə qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat riskləri” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et