Daxili nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis
“Ziraat Bank Azərbaycan” ASC
Daxili nəzarət üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.
Vəzifəyə olan tələblər:
• Müvafiq istiqamətdə maliyyə, iqtisadiyyat və digər analitik ixtisaslar üzrə ali təhsil;
• Bank sektoru haqqında normativ qaydalar, təlimatlar, qərar və sərəncamlardan, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə məlumatlı olmaq;
• Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;
• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
• Ünsiyyətcil olmaq və komanda ilə iş qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi;
• Bank sahəsində ən azı 4, müvafiq sahə üzrə 2 illik iş təcrübəsi.
Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Əsas vəzifələr:
• Bankın siyasət və prosedurlarına qanunvericiliyə riayət olunması baxımından rəy vermək, lazımı təklifləri irəli sürmək;
• Müvafiq struktur vahidlərinin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq və ehtiyac olduqda dövlət orqanları iləəlaqə yaratmaq;
• Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
• Yaradılan yeni məhsul, xidmətlər və iş axışları üzrə potensial nöqsanların müəyyən edilməsi və təkliflərin verilməsi;
• Bankda daxili nəzarət mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
• Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması, mənafe toqquşmalarının qarşısının alınması və səbəblərinin araşdırılması;
• Müntəzəm olaraq bank əməkdaşları üçün daxili nəzarət haqqında təlimlər keçmək;
• Daxili Nəzarət ilə bağlı daxil olan sorğuların cavablandırılması.
Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində DAXİLİ NƏZARƏT qeyd etməyiniz vacibdir.