Daxili Audit üzrə köməkçi / mütəxəssis / baş mütəxəssis | Banco.az
Yapı Kredi Bank Azərbaycan

Daxili Audit üzrə köməkçi / mütəxəssis / baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Tələblər:

• İqtisadiyyat, Maliyyə, Mühəndislik, Mühasibat və Audit fakultələri üzrə ali təhsil.
• Mükəmməl dərəcədə ingilis dili biliyi (müvafiq hesabatların ingilis dilində hazırlanması üçün) həmçinin Türk dili bilikləri
• Excel, Powerpoint, Access, Word ofis proqramları biliyi;
• Beynəlxalq audit sertifikatlarına malik olan namizədlərə üstünlük veriləcəkdir (CIA, CFSA, CFE…);
• Daxili Audit üzrə köməkçi vəzifəsi üçün – audit və bank sahəsində ən azı 1-2 il iş təcrübəsı.
• 
• Daxili Audit üzrə mütəxəssis vəzifəsi üçün – audit və bank sahəsində ən azı 2-5 il iş təcrübəsı.
• Daxili Audit üzrə baş mütəxəssis vəzifəsi üçün – audit və bank sahəsində ən azı 5 il iş təcrübəsi.

Əsas iş funksiyaları:

• Normativ-hüquqi aktların və bankdaxili qaydaların icra vəziyyətinin, bütün struktur bölmələrin və filiallarının fəaliyyətinin, bütün növ bank əməliyyatlarının auditini həyata keçirmək; 
• Risk əsaslı audit yoxlamalarının həyata keçirilməsi, nəticələr haqqında hesabatlar hazırlamaq; 
• Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirmək; 
• Daxili audit yoxlamaları zamanı saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq; 
• Ehtiyac olduqda saxtakarlıq hadisələrin araşdırılmasında iştirak etmək;

Email: [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et