Daxili Audit Departamentinin Baş auditoru | Banco.az
Kapital Bank

Daxili Audit Departamentinin Baş auditoru

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Daxili Audit Departamentinin Baş auditoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

İmkanlar

  • Bank fəaliyyətinin bütün istiqamətləri üzrə biliklərin inkişaf etdirilməsi imkanı və biznes proseslərin təkmilləşdirilməsinə tövhə vermək
  • Peşəkar kvalifikasiyanın artırılması üzrə sertifikasiya və treninqlərdə iştirak
  • Peşəkar inkişaf üzrə fərdi yanaşma və dövrü qiymətləndirilmə

Öhdəliklər

  • İllik Audit Planına əsasən həyata keçirilən audit layihələrində qrup üzvü/rəhbəri kimi iştirak etmək
  • Audit layihələrinin həyata keçirilməsi üzrə planı hazırlanmaq və həyata keçirmək
  • Layihədə iştirak edən qrup üzvlərinin işinə nəzarət və onların peşəkar inkişafını təmin etmək
  • Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək və rəy formalaşdırmaq
  • Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq

Tələblər

  • Audit, ümumi iqtisadiyyat, bank işi və uçot yönümlü ixtisaslar üzrə ali təhsil
  • Bank sahəsində minimum 5 illik və ya audit sahəsində minimum 3 illik iş təcrübəsi
  • Bank qanunvericiliyi və fəaliyyəti barədə nəzəri və praktiki biliklər
  • Ünsiyyətqurma və təhlil qabiliyyəti
  • Mükəmməl yazı bacarığı
  • Mükəmməl Azərbaycan dili, səlis İngilis və Rus dili bilikləri

 

Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “Daxili Audit Departamentinin Baş auditoru” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər.