Daxili Audit Departamentinin auditoru | Banco.az
Kapital Bank

Daxili Audit Departamentinin auditoru

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Daxili Audit Departamentinin auditoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

İmkanlar

  • Bank fəaliyyətinin bütün istiqamətləri üzrə biliklərin inkişaf etdirilməsi imkanı və biznes proseslərin təkmilləşdirilməsinə tövhə vermək
  • Peşəkar kvalifikasiyanın artırılması üzrə sertifikasiya və treninqlərdə iştirak
  • Peşəkar inkişaf üzrə fərdi yanaşma və dövrü qiymətləndirilmə

Öhdəliklər

  • İllik Audit Planına əsasən həyata keçirilən audit yoxlamalarında iştirak etmək
  • Yoxlama nəticələrini dəstəkləyən məlumatları toplamaq, təhlil və şərh etmək, sənədləşdirmək
  • Biznes prosesləri yoxlamaq üçün planlaşdırılmış audit prosedurlarını həyata keçirmək
  • Audit hesabatlarının yazılmasında iştirak etmək

Tələblər

  • Audit, ümumi iqtisadiyyat, bank işi və uçot yönümlü ixtisaslar üzrə ali təhsil
  • Bank sahəsində minimum 3 illik iş təcrübəsi
  • Ünsiyyətqurma və təhlil qabiliyyəti
  • Mükəmməl yazı bacarığı
  • Mükəmməl Azərbaycan dili, səlis İngilis və Rus dili bilikləri

 

Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “Daxili Audit Departamentinin auditoru” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər.