İş Elanı № 30/18
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal – hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün BÖYÜK HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
Əsas vəzifə və öhdəliklər:
• Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətləri, vəsatətləri və digər sənədləri hazırlamaq və məhkəməyə təqdim etmək;
• Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
• Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları vaxtında icra etmək.
Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Tələblər:
• Hüquq üzrə bakalavr dərəcəsi;
• Məhkəmə işləri üzrə azı 2 il iş təcrübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
• Mülki, mülki-prosessual, ipoteka haqqında qanunvericiliyini mükkəməl bilmək;
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq;
• Regionlara səfər etmək imkanına malik olmaq;
• MS Office proqramlarını yaxşı bilmək;
• Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 Yanvar 2019-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində BÖYÜK HÜQUQŞÜNAS qeyd etməklə göndərə bilərsiniz.