Biznesin İnkişafı Departamenti / Direktor müavini | Banco.az
Expressbank

Biznesin İnkişafı Departamenti / Direktor müavini

Vakansiya haqqında məlumat: 

Tələblər :

- Marketinq, iqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil;
- Bank və ya analoji sahədə 5 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
- Analitik düşüncə və problemləri həll etmə bacarıqları; 
- Bank və onun missiyasına yüksək dərəcədə sadiqlik nümayişi;
- Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
- Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

- Tabeçiliyində olan işcilər tərəfindən vəzifə öhdəliklərinin  icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
- Yeni və mövcüd məhsulların və xidmətlərin bankın strateji və əməliyyat planlarına uyğun olaraq yaradılması və inkişafını təmin edilməsi;
- Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi; 
- Bankda qüvvədə olan biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi;
- Bankın satış kanalları şəbəkəsinin inkişafına dair təkliflərin irəli sürülməsi;
- Bankda müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edilməsi və artırılmasına dair tədbirlərin həyata keçirilməsi;
- İctimaiyyətlə əlaqələrin koordinasiya edilməsi və bankın imicinin yüksək səviyyədə saxlanmasının təmin edilməsi;
- Alternativ satış və məlumat kanallarının (internet səhifə, bankomatlar, kiosklar, məlumat mərkəsi və s.) inkişaf etdirilməsi;
- Marketinq strategiyasının, illik büdcəsinin və tədbirlərin planının müəyyən edilməsi və marketinq tədbirlərinin həyata keçirilməsinin təşkil edilməsi.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

Namizədliyiniz üzrə müvafiq vakansiya yarandığı halda İnsan Resursları şöbəsinin əməkdaşları qısa zaman ərzində Sizinlə əlaqə saxlayacaqlar.