Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi | Banco.az
Kapital Bank

Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

“Kapital Bank”-ın Satış kanalları şöbəsində Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi (Bakı şəhəri üzrə) vakansiyası açıq elan olunur!

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Öhdəliklər

  • Bankla partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili
  • Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
  • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi
  • Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi
  • Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s.

Tələblər

  • Ali təhsil
  • Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
  • MS Office proqramları üzrə biliklər
  • Komanda tərkibində işləmək bacarığı
  • Əla səviyyədə Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır
  • Bölgələrə mütəmadi ezamiyyə imkanı olan

 

CV-lərinizi, bu filiala və ya mövzu hissəsində Birbaşa satışlar bölməsinin Kiçik mütəxəssisi qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.