Baş kassir (Bakı və Bərdə şəhəri üzrə) | Banco.az
Expressbank

Baş kassir (Bakı və Bərdə şəhəri üzrə)

Vakansiya haqqında məlumat: 

Tələblər:

  • Ali təhsil; 
  • Kassada (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 3 ilə qədər iş təcrübəsi; 
  • Azərbaycan və rus dillərində səlist danışıq bacarığı; 
  • Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı; 
  • Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı. 

Vəzifə öhdəlikləri:  

  • Kassa əməliyyatlarının Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun aparılması;  
  • Gün ərzində kassadan keçmiş bütün sənədlərə nəzarət; 
  • Әməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması; 
  • Balansdankənar bütün sənədlərin və qiymətlilərin hesablanması; 
  • Filialların kassalarına nağd vəsaitlərin, sənədlərin, qiymətlilərin göndərilməsi və qəbulu;  
  • Bankomatlar üçün pul vəsaitlərinin hazırlanması və inkassatorlara bankomatların yüklənməsi üçün pulların verilməsi; 
  • Nağd vəsaitlərin çeşidlənməsi, qruplaşdırılması.  

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.   

 

Ən sərfəli krediti almaq üçün müraciət et