Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi (gecə növbəsi) | Banco.az
Kapital Bank

Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi (gecə növbəsi)

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Bankın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes prosesləri tətbiq edir;
  • Bankın əməliyyat sisteminin test mühitində müəyyən olunmuş qaydada sazlama işlərini aparır;
  • Biznes proseslərin ilkin funksionalını hazırlayır və testə  göndərir;
  • Bankın müvafiq proqram təminatında biznes istiqaməti üzrə mövcud texniki nasazlıqları aradan qaldırır;
  • Tələb olunan texniki funksionallıq üzrə texniki tapşırıqlar və biznes sənədlər tərtib edir;
  • Yeni və ya təkmilləşdirilmiş proseslər üzrə test sənədlər tərtib edir;
  • Tərəfindən tətbiq olunmuş biznes proseslər üzrə müvafiq texniki dəstəyi dəstək qrupuna göstərir;
  • Bankın biznes prosesləri üzrə dəstək qrupundan daxil olan biznes prosesləri üzrə texniki sualları cavablandırır;
  • Şöbə müdiri tərəfindən həvalə olunmuş proseslərin təkmilləşdirilməsində iştirak edir;
  • Bankın əməliyyat sistemində icra olunan proseslər üzrə müvafiq hesabatları hazırlayır;
  • Banka müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlayır və tətbiq edir.

Tələblər:

  • İnformasiya texnologiyaları sahəsində ali təhsil (iqtisadiyyat, maliyyə, kibernetika);
  • İnformasiya Texnologiyaları sahəsində 1 iş təcrübəsi;
  • Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta  səviyyədə Rus dili biliyi;
  • SQL, PL/SQL üzrə ilkin biliklər;
  • Microsoft Windows əməliyyat sistemləri üzrə işləmə bacarığı;
  • Komanda tərkibində və fərdi işləmə bacarığı.

CV-lərinizi, mövzu hissəsində “Bank sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi (gecə növbəsi)” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç