Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi | Banco.az
Kapital Bank

Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Bankın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes prosesləri tətbiq edir;
  • Bankın əməliyyat sisteminin test mühitində müəyyən olunmuş qaydada sazlama işlərini aparır;
  • Biznes proseslərin ilkin funksionalını hazırlayır və testə  göndərir;
  • Bankın müvafiq proqram təminatında biznes istiqaməti üzrə mövcud texniki nasazlıqları aradan qaldırır;
  •  Tələb olunan texniki funksionallıq üzrə texniki tapşırıqlar və biznes sənədlər tərtib edir;
  • Yeni və ya təkmilləşdirilmiş proseslər üzrə test sənədlər tərtib edir;
  • Tərəfindən tətbiq olunmuş biznes proseslər üzrə müvafiq texniki dəstəyi dəstək qrupuna göstərir;
  • Bankın biznes prosesləri üzrə dəstək qrupundan daxil olan biznes prosesləri üzrə texniki sualları cavablandırır;
  • Şöbə müdiri tərəfindən həvalə olunmuş proseslərin təkmilləşdirilməsində iştirak edir;
  • Bankın əməliyyat sistemində icra olunan proseslər üzrə müvafiq hesabatları hazırlayır;
  • Banka müştəri xidməti səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlayır və tətbiq edir.

Tələblər:

  • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi , bank təcrübəsi arzu olunandır;
  • Texniki sahədə tam ali təhsil;
  • Analitik düşünmə qabiliyyəti və fikrin strukturlaşdırılmış şəkildə təqdimi bacarığı;
  • OOP prinsipləri üzrə yaxşı səviyyədə biliklər;
  • C# üzrə ASP.NET texnologiyaları və webservice, ODBC, XML üzrə yaxşı səviyyədə biliklər;
  • MS SQL Serverin 2008-dən aşağı olmayan versiyalarında, Oracle-nin 10g-dən aşağı olmayan versiyalarında sorğuların yazılması bacarığı;
  •  Öncədən yazılmış kodları təhlil etmək və onlarla işləmək bacarığı;
  •  Komanda tərkibində və fərdi işləmə bacarığı;
  • Dil bilikləri: Texniki İngilis dili biliyi; Orta səviyyədə Rus dili biliyi.

CV-lərinizi, mövzu hissəsində “Bank sistemlərinə dəstək şöbəsinin mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et