Audit departamentində təcrübə proqramı | Banco.az

Audit departamentində təcrübə proqramı

Vakansiya haqqında məlumat: 

 

PASHA Holding Qrup üzrə Audit departamentində tam iş günü təcrübə proqramını elan edir.

4 aylıq ödənişli proqram növbəli şəkildə hər şirkətdə bir ay müddətində olmaqla (PAŞA Holdinq və onun strateji aktivləri olan Kapital Bank, PAŞA Bank və sığorta şirkətlərindən birində, (PAŞA Sığorta və ya PAŞA Həyat Sığorta) təcrübə nəzərdə tutur. Təcrübə proqramının sonunda nümayiş etdikləri fəaliyyət göstəriciləri əsasında ən uğurlu 5 namizədə vurğulanan 5 şirkətdə daimi iş təklif olunacaq.

Təcrübə dövrü ərzində təcrübəçidən tələb olunanlar:

• Audit fəaliyyəti və audit işi üzrə təsəvvür formalaşdırmaq;
• Daxili nəzarət prosedurlarını aydın və dəqiq şəkildə sənədləşdirmərk;
• Audit sənədlərini və audit məlumatlarını təhlil etmək;
• Potensial daxili nəzarət çatışmazlıqlarını aşkarlamaq və audit komandasını məlumatlandırmaq;
• Audit hesabatlarının və təqdimatlarının hazırlanmasında dəstək olmaq;
• Tapşırılmış audit yoxlamalarının aparılmasında, eləcə də gündəlik audit işlərində audit komandasına dəstək olmaq.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Audit, Mühasibatlıq, Maliyyə və ya digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
• Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi;
• Güclü yazı və şifahi ünsiyyət bacarığı;
• MS Office proqramları üzrə dərin biliklər – Excel, Word, Power Point.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Audit üzrə təcrübəçi” qeyd olunmalıdır;
• CV-lər 19 avqust 2019-cu il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı YALNIZ qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Şirkət: 
PASHA Holding

Ən sərfəli krediti almaq üçün müraciət et