Anderraytinq Mərkəzinin Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin baş mütəxəssisi / meneceri | Banco.az
Azər Türk Bank

Anderraytinq Mərkəzinin Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin baş mütəxəssisi / meneceri

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Korporativ müştərilərdən daxil olan biznes krediti və digər maliyyələşmə müraciətləri üzrə ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə müştərilərin maliyyə və biznes təhlilinin aparılması, təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması məqsədilə müştərilər ilə görüşlərin keçirilməsi;
  • Korporativ müştərilər üzrə kredit reytinqlərinin hesablanması və müvafiq ilkin qərarların qəbul edilməsi işini həyata keçirmək;
  • Kreditləşmə üzrə bankdaxili qaydalara riayət olunması, təminata dair və digər risklərin düzgün qiymətləndirilməsini həyata keçirmək;
  • Korporativ müştərilərin maliyyəşdirilməsi müraciətləri üzrə son qərarın verilməsi məqsədilə kredit rəyinin hazırlanması;
  • Kredit reytinqi modellərinin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Bankın korporativ müştəri portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlili;
  • Korporativ maliyyələşmənin təhlilinə dair hesabatların hazırlanmasında iştirak;

Tələblər

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili və rus dili biliyi, İngilis dili biliyi arzuolunandır;
  • Korporativ maliyyəşmənin təhlili üzrə 3 illik iş təcrübəsi;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
  • ACCA F3/FFA, ACCA F7/FR sertifikatlarının olması üstünlükdür;
  • MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) sərbəst istifadə qabiliyyəti;
  • Komandada işləmək, vaxtın idarə edilməsi və yüksək ünsiyyət bacarığı;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et