Aktuar-auditor | Banco.az

Aktuar-auditor

Vakansiya haqqında məlumat: 

PAŞA Holdinq PAŞA Həyat Sığorta şirkətində Aktuar-auditor vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək və daxili audit yoxlamalarını aparmaq;
• Şirkətin siyasəti, prosedurları, standartları və digər normativ sənədlərinin tətbiq edilməsini və uyğunluğunu qiymətləndirmək və nəticəyə uyğun rəy bildirmək;
• Audit planına uyğun olaraq aktuar fəaliyyəti ilə bağlı səhələrin yoxlanılması və adekvatlığı barədə rəy verilməsi:
- Ehtiyatların formalaşdırılması üçün tətbiq edilən metodoloji yanaşmaların yerli qanunvericilik və MHBS tələbləri üzrə uyğunluğu və adevkatlığı,
- Tariflərin formalaşdırılması və tətbiqi prosesinin uyğunluğu və adevkatlığı, 
- Təkrarsığorta üzrə şəxsi tutum formalaşdırılması və tətbiqi prosesinin uyğunluğu və adevkatlığı,
- Kapital tələbləri ilə bağlı qanunvericiliyin və daxili qaydaların tələblərinin gözlənilməsi,
- Şirkətədə formalaşdırılmış müxtəlif mürəkkəb modellərin uyğunluğu və düzgün tətbiqi və s.
• Şirkətin daxili nəzarət mühitini qiymətləndirmək və risklərin idarəedilməsi, nəzarət və korporativ idarəetmənin inkişafına dair təkliflər irəli sürmək;
• Daxili audit yoxlamaları zamanı saxtakarlığın və risklərinin qiymətləndirilməsini aparmaq;
• Audit yoxlamasının nəticələrinə dair audit hesabatı tərtib etmək və Daxili Audit Xidmətinin (DAX) rəhbərinə təqdim etmək;
• DAX-ın aylıq, rüblük və illik hesabatlarının hazırlanmasında iştirak etmək;
• Bütün növ iş sənədlərinin daxili audit metodologiyasına uyğun tərtib edilməsini və qorunub saxlanılmasını təmin etmək;
• Müstəqil (kənar) auditlə birgə icra edilən layihələrə dəstək olmaq.
• Sonrakı audit yoxlamalarında iştirak etmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Maliyyə/Audit/Tətbiqi riyaziyyat/Kibernetika sahəsində bakalavr dərəcəsi;
• Aktuar fəaliyyəti üzrə 2-5 il peşəkar iş təcrübəsi;
• SOA üzrə P və ya FM imtahanlarını keçənlərə üstünlük veriləcəkdir;
• Aktuar şəhadətnaməsi olan namizədlərə üstünlük veriləcəkdir;
• Azərbaycan dilində mükəmməl şihafi və yazılı ünsiyyət qurma bacarığı, ingilis və rus dillərini yaxşı bilməli;
• MS Office proqramlarının mükəmməl biliyi;
• VBA və digər data analitika proqramları (R, Python, Power BI və s.) üzrə bilikləri olan namizədlərə üstünlük veriləcəkdir;
• Sığorta sahəsi üzrə qanunvericiliyi və əlaqəli normativ sənədlər barədə biliklər;
• Riyazi və analitik biliklər;
• Gərgin iş mühitində işləmək bacarığı;
• Ünsiyyət qurma bacarığı.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “PAŞA Həyat Sığorta şirkətində Aktuar-auditor” qeyd olunmalıdır;
• CV-lər 23 sentyabr, 2019-cu il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Şirkət: 
PASHA Life

Ən sərfəli krediti almaq üçün müraciət et