Meqa Sığorta | Banco.az

Meqa Sığorta

 

Call center
012 565 32 32

        “Meqa Sığorta” ASC sığorta fəaliyyətinə 01.10.2010-cu il tarixində başlamışdır. İşə professional yanaşma, etibarlılıq, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi, təklif etdiyi sığorta məhsullarının çeşidi və yüksək səviyyəli sığorta xidmətləri ilə müştərilərin inam və rəğbətini qazanan şirkət qısa zamanda Azərbaycan sığorta bazarının liderlərindən birinə çevrilməyə nail olmuşdur. Şirkət həmçinin maliyyə sabitliyini qorumaq və sığorta öhdəliklərini əminliklə yerinə yetirmək məqsədi ilə 2010-2015-ci illər ərzində nizamnamə kapitalını 3.5 milyon AZN-dən 14.5 milyon AZN-ə artırmışdır.

Şirkət həm fərdi, həm də korporativ müştərilərə 30 könüllü və 3 icbari sığorta növü üzrə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində sığorta xidmətləri təklif edir. Müştərilərinin sorğularını daha operativ cavablandırmaq və eləcə də sığorta hadisələrini daha sürətlə tənzimləmək məqsədi ilə “Meqa Sığorta” ASC Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Qobustan, Sahil, Mingəçevir, Lənkəran, Şəmkir, Şamaxı,  Zaqatala, Xaçmaz, Xudat, Ağsu şəhərlərində filial və nümayəndəlik şəbəkəsini genişləndirmişdir.

Dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən biri hesab edilən “Ernst & Young” şirkəti  “Meqa Sığorta” ASC-nin 31 dekabr 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standardlarına uyğun hazırlanmış hesabatlarına müsbət rəy vermiş və həmin rəydə maliyyə hesabatlarının bütün mühüm aspektlər üzrə düzgün tərtib edilməsi qeyd edilmişdir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar üzrə hazırlanması və təqdim edilməsi şirkət üzrə bütün əməliyyatların tam şəffaf və transparant aparıldığını bir daha təsdiq edir.

2015-ci ildə “Meqa Sığorta” ASC həmçinin İsveçrənin SGS beynəlxalq audit şirkəti tərəfindən ISO-9001 2008 keyfiyyət sertifikatı ilə təltif edilmişdir.

“Meqa Sığorta” ASC 2013-cü ildə ən dinamik inkişaf edən sığorta şirkəti kimi “UĞUR” mükafatına layiq görülmüşdür. 2015-ci ildə isə Avropa Biznes Assambleyasının mütəxəssisləri İsveçrə keyfiyyət standartları institutu ilə birlikdə “Dünyanın Dinamik inkişaf edən şirkətləri” mövzusunda apardıqları araşdırmalar nəticəsində Avropa standartlarına uyğun olaraq keyfiyyət idarəetmə sisteminin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə “European Quality Award” mükafatı ilə təltif edilmişdir.

           “Meqa Sığorta” ASC müştərilərinin maraq və ehtiyaclarını diqqətə almaqla yüksək səviyyəli müştəri xidmətləri təklif etmək üçün daima öz üzərində çalışır. Şirkət peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyatla təmin etməyi özünə başlıca məqsəd seçmişdir.

Daha çox
Veb sayt www.meqasigorta.az
Ünvan Azərbaycan, Bakı şəh., AZ1052, Ə.Rəcəbli küç. 19A
Telefon (+994 12) 565 32 32
Email office@meqasigorta.az
CEO Gülmaliyeva Sevinc Tofiq qızı
Müəllif: farid.islamov

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç