Atəşgah Sığorta | Banco.az

Atəşgah Sığorta

 

Call center
940

Şirkətin tarixi

“Atəşgah” SŞ tarixindən mühüm hadisələrin xronologiyası

1996

 “Atəşgah” sığorta şirkətinin təsis edilməsi.

1997

“Atəşgah” sığorta şirkəti üçün sığorta fəaliyyətinə dair lisenziyanın alınması.

1998

Azərbaycanda ilk tibbi sığorta şirkəti olan “Şəfəq”in  yaradılması.

2003 

 “Atəşgah” SŞ-nin dəvəti ilə Lloyd’s və beynəlxalq təkrarsığorta şirkətləri anderrayterlərinin Azərbaycana səfəri.

2003 

 “Atəşgah” SŞ Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır.

2004 

“Atəşgah” SŞ-nin Azərbaycan sığorta bazarında ödənişlər üzrə payı 91,4% təşkil etmişdir.

2008

 Azərbaycanda ilk dəfə olaraq həyat sığortası üzrə “Atəşgah Həyat” şirkətinin yaradılması.
“Atəşgah” SŞ və “Kavkaz Sığorta” ASC – nin sığorta şirkətləri qrupu altında birləşdirilməsi.

2009

 Korporativ stilin dəyişilməsi.
«Atəşgah Həyat»  həyat sığortası xidmətlərini göstərmək üçün müddətsiz lisenziyanın alınması.
Avtomobil sığortası bazarının lideri.
Azərbaycan qanunvericiliyinə uyğun olaraq, «Kavkaz» SŞ  Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” adlandırılmışdır. 

2010

 “Atəşgah” SQ-nun 2011-2013-cü illər üzrə strateji inkişaf planı üzərində iş sona yetmişdir.
“Atəşgah” SŞ Azərbaycan Respublikası maliyyə nazirliyi Sığorta nəzarəti xidmətinin toplanmış sığorta haqlarına görə renkinqində 3-cü yerdə qərarlaşmışdır.
«Atəşgah Həyat” SŞ “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xidmət göstərmək üçün ilk lisenziya almışdır.

2011

“Carçı Atəşgah” qəzetinin ilk buraxılışı, “Atəşgah” komandasının “Heydər Əliyev” zirvəsinə qalxmağı,
“Atəşgah” SŞ sığorta məsləhətçiləri şəbəkəsinin yaradılması üzrə pilot layihənin başlanması.
“Atəşgah” SŞ –nin 15 illiyi münasibətilə korporativ stilin dəyişilməsi, “Atəşgah” abidəsinin sığortalanması. 
Azərbaycanda ilk dəfə olaraq “Avroviziya 2010” müsabiqəsinin qalibi, müğənni Nigar Camalın simasının sığortalanması.
“Atəşgah” SŞ Azərbaycanda ilk dəfə olaraq on-line rejimində Motor bürosu vasitəsilə Avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polisin buraxılışını həyata keçirib “Atəşgah” SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında sığorta yığımlarının həcminə görə birinci yeri tutmuşdur.

2012 

İcbari avtomobil sığortası məhsulunun uğurlu startı.
Bakıda fəaliyyət göstərən sığorta məsləhətçilərinin (agentlərin sayı 300-ü keçdi).  
Zərərlərin tənzimlənməsi idarəsi üçün yeni ofisinin istifadəyə verilməsi.
“Atəşgah” Sığorta Şirkəti Bərdə şəhərində regional ofis açıb.
“Atəşgah” Sığorta Şirkəti “Yarat” Müasir İncəsənət Məkanı İctimai Birliyinin təşkil etdiyi “Birləşən körpülər” sərgisində nümayiş etdirilən rəsm əsərlərini $1 mln. məbləğində sığortalayıb.
“Atəşgah” - Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin ən çox tanıdığı sığorta şirkətidir. 

2013

Satış həcminin artırılması məqsədilə ölkədə ilk dəfə olaraq, hesab.az platforması üzərindən sığorta şəhadətnamələrinin onlayn satışının tətbiqi.

Azərbaycanda ilk dəfə Telemarketinq şöbəsinin (sığorta şəhadətnamələrinin telefon vasitəsilə satışı)yaradılması.

Baş ofisin yeni binaya köçməsi.

«Sevək, qoruyaq, arxayın yaşayaq!”  fotomüsabiqəsinin təşkili.

“Atəşgah Həyat” SŞ və Azərbaycanın digər iki həyat sığortası  «Paşa Həyat» və «Qala Həyat» şirkətlərinin iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişin imzalanması.

2014

“Atəşgah Həyat” SŞ İcbari Sığorta Bürosunun üzvü oldu.

Azərbaycan sığorta sahəsində maarifləndirmə  işləri aparmaq məqsədilı «75 ulduz» layihəsinin tətbiqi.

Hesab. Az platforması üzərindən xaricə gedənlərin səfər sığortası şəhadətnamələrinin online satışınin tətbiqi.

Qazax, Zaqatala, Sabirabad, Şəmkir şəhərlərində yeni regional ofislərin açılışı.

2015

Agent şəbəkəsinin genişləndirilməsi, eləcə də əhali arasında sığorta biliklərinin artırılması məqsədilə

«Formula 2015» layihəsinin tətbiqi.

Daha çox
Veb sayt www.atesgah.com
Ünvan N.Yusifbəyli küç. 75B
Telefon 012 940
Email atesgah@atesgah.com
CEO Tələt Səfərov
Müəllif: farid.islamov

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç