Yapı Kredi Bank İnternet Bankçılıq məhsuluna yeni xidmətlər əlavə edib | Banco.az

Yapı Kredi Bank İnternet Bankçılıq məhsuluna yeni xidmətlər əlavə edib

Yapı Kredi Bank Azərbaycan İnternet Bankçılıq məhsulunu yeniləyib. Bankdan verilən məlumata görə, İnternet Bankçılıq Məhsuluna müştərilərin istəklərini və tələblərini nəzərə alaraq yeni xidmətlər əlavə edilmişdir. Yeni xidmətlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən hazırlanmış və müştərilərin banka gəlmə zamanını azaltmaq üçün nəzərdə tutulmuşdur. Xidmətlərin siyahısını aşağıda diqqətinizə çatdırırıq. 

İnternet Bankçılıq Məhsuluna qoşulmaq üçün Yapı Kredi Bank Azərbaycanın istənilən filialına yaxınlaşaraq bir neçə dəqiqə ərzində Sizə məxsus login/şifrə əldə edə bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

“Yapı Kredi Bank Azərbaycan” QSC dünyanın 17 ölkəsində mövcud olan bankçılıq qrupunun üzvüdür. Səhmdarları UniCredit (İtaliya) və Koç Holdinq (Türkiyə) olan bank Azərbaycanda bankçılığın bütün sahələrində beynəlxalq təcrübəni tətbiq edir. Bank Azərbaycanda 14 filial, 24/7 fəaliyyət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq Məhsulu ilə müştərilərinə xidmət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et