Yapı Kredi Bank Azərbaycanda əhalinin əmanətləri 85% artıb | Banco.az

Yapı Kredi Bank Azərbaycanda əhalinin əmanətləri 85% artıb

Türkiyənin ən böyük banklarından biri "Yapı Kredi"nin və Avropanın böyük bank qruplarından biri UniCreditin əsas səhmdarı olduğu "Yapı Kredi Bank Azərbaycan" QSC 2016-cı ilin III rübünün nəticələrini elan edib. Bankdan verilən məlumata görə, Yapı Kredi Bank Azərbaycan 2016-cı ilin ilk 9 ayında ötən illə müqayisədə cari və əmanət hesablarındakı vəsaitlər  90 %, o cümlədən əhalinin əmanətləri 85% artmışdır.

Əlavə olaraq qeyd etmək istərdik ki, 30.09.2016-cı ildə bankın kassalarında və müxbir hesablarındakı pul vəsaitlərinin həcmi ötən ilin ilk 9 ayının sonu ilə müqayisədə 152% artaraq 211.832 milyon manat olmuşdur ki, bunlar da Yapı Kredi Bank Azərbaycana əhalinin etibarının göstəricisidir.

Bununla bağlı durumu şərh edən Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin Sədri cənab Cenk Yüksel: Bankımız müştərilərinə yüksək qazanclı, eyni zamanda sığortalı əmanət məhsulu təklif edərkən, bir yandan da onların güvənini doğrultmaq üçün düzgün strategiya ilə fəaliyyətini davam etdirməkdədir. Avropanın 17 ölkəsində mövcud olan təcrübəmiz əsasında formalaşdırdığımız xidmət və məhsullarımızı daim Azərbaycan müştərilərinin xidmətinə təqdim edirik. şəklində açıqlama verdi.

Ən sərfəli kredit üçün müraciət et

Yapı Kredi Bank Azərbaycanın 2016-cı il III rübünün sonuna olan nəticələrinə nəzər yetirdikdə, xalis əməliyyat mənfəətində də ciddi artış göstərdiyini qeyd etmək olar. Belə ki, bank xalis əməliyyat mənfəətini 171% artıraraq 13.018 milyon manata çatdırıb. Bundan əlavə, bankın qeyri faiz gəlirlərində də artım olubdur. Eyni dövrlə müqayisədə 2016-cı il sentyabr ayının sonuna qeyri faiz gəlirləri 92% artaraq 9.708 milyon manat olmuşdur.

2016-cı ilin Sentyabr ayından etibarən Yapı Kredi Bank Azərbaycan UEFA Avropa Liqasının Azərbaycanda Rəsmi Bankı seçilmişdir. Bu tərəfdaşlıq çərçivəsində Yapı Kredi Bank Azərbaycan ölkəmizi UEFA Avropa liqasında təmsil edən iki klubumuzu dəstəkləməkdən qürur duyur və müştərilərimizin diqqətini bu oyunlara çəkmək üçün banka məxsus ünsiyyət kanalları vasitəsilə müxtəlif təşviqat kampaniyaları həyata keçirir.

Ən sərfəli krediti almaq üçün müraciət et