Yapı Kredi Bank Azərbaycan və Oracle birlikdə tədbir keçirdi | Banco.az

Yapı Kredi Bank Azərbaycan və Oracle birlikdə tədbir keçirdi

Ölkəmizdə fəaliyyət göstərən Yapı Kredi Bank Azərbaycan 25 İyun 2014 tarixində Oracle ilə birlikdə Bankın baş ofisində yerləşən Yapı Kredi Bankçılıq Akademiyasında tədbir keçirmişdir. Tədbirdə yaxın günlərdə uğurla başa çatan Oracle Database Vault məhsulu ilə Plastik Kartı məlumatlarının daha təhlükəsiz hala salınması barədə məlumat verilmiş və tədbir iştirakçılarına bununla bağlı təcrübələr paylaşılmışdır.

Qeyd edək ki, Oracle Database Vault məhsulu plastik kart sisteminin daha təhlükəsiz olmasına zəmin yaradır. Bu tətbiqi etməklə, icazəsiz plastik kartları məlumatının əldə edilməsi prosesi tamamilə bağlanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Yapı Kredi Bank Azərbaycan ölkəmizdə 16 filial və 26 ATM-lə xidmət edir. Bankın yenilənmiş İnternet Bankçılıq xidməti ilə bank əməliyyatlarının bir çoxunu növbə gözləmədən, asan, güvənli və təhlükəsiz şəkildə həyata keçirmək mümkündür. Bank məhsulları ilə əlaqədar bütün məlumatları *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzindən əldə edə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et