“Yapı Kredi Bank Azərbaycan” Şəffaf Vergi Partnyorluğu statusu alıb | Banco.az

“Yapı Kredi Bank Azərbaycan” Şəffaf Vergi Partnyorluğu statusu alıb

20 Fevral 2017-ci il tarixindən etibarən “Yapı Kredi Bank Azərbaycan” QSC Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən Şəffaf Vergi Partnyorluğu statusu almışdır. Mövzu ilə əlaqədar fikrini bildirən bankın İdarə Heyətinin Sədri Cenk Yüksel: “Azərbaycan iqtisadiyattının dayanıqlı olması üçün hər birimiz Vergilərimizi tam və vaxtında ödəməliyik. Ölkəmizin inkişaf etməsi və gənc nəsillərə sağlam iqtisadiyyat bəxş etməyimiz üçün bu labüd addımdır” şəklində açıqlama verdi.

Ən sərfəli kredit üçün müraciət et

“Yapı Kredi Bank Azərbaycan” QSC dünyanın 17 ölkəsində mövcud olan bankçılıq qrupunun üzvüdür. Səhmdarları UniCredit (İtaliya) və Koç Holdinq (Türkiyə) olan bank Azərbaycanda bankçılığın bütün sahələrində beynəlxalq təcrübəni tətbiq edir. Bank Azərbaycanda 14 filial, 24/7 fəaliyyət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq Məhsulu ilə müştərilərinə xidmət göstərir.

Ən sərfəli krediti almaq üçün müraciət et