Yapi Kredi Bank Azərbaycan 23 milyon yatırım etdi | Banco.az

Yapi Kredi Bank Azərbaycan 23 milyon yatırım etdi

Bankın aktivləri 469.2mln AZN-ə çatdı

Türkiyənin ən böyük şirkətlər qrupu Koç Holding və Avropanın ən böyük bankçılıq qrupunun ana səhmdarı olduğu Yapı Kredinin törəmə bankı Yapı Kredi Bank Azərbaycanın aktivləri 2015-ci il ərzində 34.6%-lik artım göstərərək 469.2 milyon manata çatmışdır. Bank ilin çətin şərtlərinə baxmayaraq, bir çox yeni layihələr həyata keçirərək uğurlu nəticələr əldə etmişdir.

XİDMƏTDƏ SƏRHƏD TANIMIR

2015-ci ilin qlobal iqtisadiyyatda dalğalı bir il olduğunu bildirən Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin Sədri Cenk Yüksel “Yapı Kredi Bank Azərbaycan olaraq 2015-ci ildə də özümüzün “Xidmətdə Sərhəd Yoxdur” prinsipimizə sadiq qalaraq müştərilərimizə müxtəlif yeni və innovativ məhsullar təqdim etdik. Yeni POS terminallar quraşdırmaq və plastik kart məhsulunu inkişaf etdirməklə, qeyri-nağd ödənişlərin stimullaşdırılması üzrə prioritetlərə xüsusi önəm verdik. Nəticədə, 2015-ci ildə bankın əsas vəsaitlərini və qeyri-maddi aktivlərini2014-cü il ilə müqayisədə 7% artıraraq 23.770 milyona çatdırdıq. İnternet Bankçılıq məhsulunun istifadə imkanlarını genişləndirərək xidmətdən istifadə edən müştərilərin sayını 35 minə çatdırdıq. İlin ilk aylarında IOS, Android və Windows Mobile əməliyyat sistemləri üçün hazırladığımız Mobil Bankçılıq tətbiqetməsini müştərilərin istifadəsinə təqdim etdik və 2015-ci ilin sonuna qədər 7 minə yaxın müştəri tətbiqetməni yükləmişdir. Bankın 7/24 fasiləsiz fəaliyyət göstərən Telefon Mərkəzi il ərzində 300 mindən artıq zəngə cavab vermiş, müştərilərinin suallarını cavablandırmış və bank əməliyyatlarının həyata keçirilməsində köməklik göstərmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Gördüyümüz işlərin nəticəsi olaraq, Bankımız tərəfindən göstərilən xidmət beynəlxalq səviyyədə qiymətləndirilmiş və 2015-ci ildə İngiltərənin nüfuzlu Global Banking and Finance Review təşkilatı tərəfindən “2015-ci ilin Ən Yaxşı Pərakəndə Bankı” və “2015-ci ilin Ən Yaxşı İnternet Bankçılıq Məhsulu” mükafatlarına layiq görüldük” şəklində açıqlama verdi.

İQTİSADİYYATIN REAL SEKTORUNA DƏSTƏK

Ölkə iqtisadiyyatında biznes sahələrinin inkişaf etməsinə töhfə vermək məqsədiyilə bank olaraq real sektora dəstək vediklərini vurğulayan Yüksel: “Yapı Kredi Bank Azərbaycan olaraq iqtisadiyyatın real sektoruna ayrılan kreditlərin həcmini 2014-cü il ilə müqayisədə 2015-ci ildə 6% artırdıq.Bu gün 14 filial, 1 müştəri xidmətləri departamenti və 1 şöbə vasitəsi ilə pərakəndə və korporativ bankçılıq sahələrində 200 mindən çox müştəriyə xidmət vermənin qürurunu yaşayırıq. Bankımız ilk gündə olduğu kimi eyni motivasiya, müştəri yönümlü yanaşması və “Xidmətdə Sərhəd Yoxdur” prinsipi ilə həllər təqdim etməyə davam edəcək” deyə əlavə etdi.

Ən sərfəli krediti almaq üçün müraciət et