Xalq Bank "Onlayn ödə və hədiyyə qazan!/Hədiyyələr hərracı" aksiyaslna start verdi | Banco.az

Xalq Bank "Onlayn ödə və hədiyyə qazan!/Hədiyyələr hərracı" aksiyaslna start verdi

ASC “Xalq” Bankı noyabr ayının 29-dan etibarən kommunal və digər ödənişləri www.billpay.xalqbank.az səhifəsində onlayn həyata keçirən müştərilər üçün hərracın keçirilməsinə start verdi. Hərracda iştirak edən müştərilər İpad mini 3 G 16 GB, Samsung Galaxy SIII, Sabina parfümeriya və kosmetika mağazalar şəbəkəsində alış-veriş üçün 50 AZN dəyərində hədiyyə kartları, Xalq Bankın loqotipi ilə yaddaş kartları və rəngbərəng çətirlər qazana bilərlər.

Bu hədiyyələrə sahib olmaq üçün www.billpay.xalqbank.az səhifəsində qeydiyyatdan keçmək, kommunal, mobil və stasionar rabitə, kabel televiziya, internet provayderlərin, TQDK xidmət haqqlarını, sığorta ödənişlərini bu səhifə vasitəsilə ödəmək, bonuslar toplamaq və hərraca qatılmaq lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Xalq Bankın plastik kartları ilə ödənilmiş hər 1 manat müştəriyə 200 bonus, digər bankların kartları ilə ödənilmiş hər 1 manat 100 bonus qazandırır. Daha çox ödəniş, daha çox hədiyyə!

Hərrac haqqında ətraflı məlumatı www.xalqbank.az internet səhifəsində və ya 138 məlumat mərkəzindən ala  bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et