Worldcard sahibləri Optimal Electronics-dən dəyərli hədiyyələr qazandılar | Banco.az

Worldcard sahibləri Optimal Electronics-dən dəyərli hədiyyələr qazandılar

Azərbaycanın qazandıran kredit kartı olan Worldcard bu dəfə də müştərilərini qazandırdı!

Yeni ildə məişət avadanlıqlarını yeniləmək istəyən Worldcard istifadəçiləri üçün inanılmaz fürsət təqdim etmişdir. Beləliklə, 7 dekabr-8 yanvar tarixlərində Worldcard sahibləri Optimal Electronics-də istədikləri məişət avadanlığını nağd qiymətinə alaraq 50 AZN və üzəri alış-verişləri 12 hissədə ödəməklə bərabər 9 yanvar tarixində keçiriləcək lotereyada iştirak etdilər və 4 şanslı müştəri dəyərli hədiyyələrə sahib oldular. Qeyd olunan tarixdə keçirilən lotereya çəkilişi nəticəsində Worldcard istifadəçiləri paltaryuyan maşın, soyuducu, kondisioner və qabyuyan maşın qazandılar.

Ən sərfəli kredit üçün müraciət et

Qaliblərin siyahısı aşağıdakı kimidir: Ənvər Məmmədov, Emin İsmayılov, Müşviq Tahirov, Serqey Ryasnoy.

Qalib olan Worldcard sahiblərini təbrik edir və onlar üçün 2015-ci ilin uğurlu olmasını diləyirik.

Azərbaycanın qazandıran kredit kartı olan Worldcard geniş alış-veriş şəbəkəsi ilə sizlərə  bu kimi fürsətləri təqdim etməkdən qürur duyur.

Ən sərfəli krediti almaq üçün müraciət et