Visa ilə irəli - qələbələrə doğru! | Banco.az

Visa ilə irəli - qələbələrə doğru!

Sizə Bank Standard və Visa-nın birgə təşkil etdiyi “Visa ilə irəli - qələbələrə doğru!” adlı aksiyanı təqdim etməyə şadıq. Sizin 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarına düşmək üçün gözəl imkanınız var!
Bank Standard və Visa -nın təşkil etdiyi aksiyada iştirak edin və idmançıları 2014 Olimpiya oyunlarında tribunalardan dəstəkləyin. Çünki məhz bizim dəstəyimiz idmançılara məsuliyyətli anlarda güc verib onları qələbələrə yaxınlaşdırır.
Aksiyada iştirak etmək çox asandır. Bunun üçün ticarət mərkəzlərində, terminal xidmətlərində, internetdə alış-veriş edərkən Bank Standard Visa kartı ilə nağdsız ödəniş etməyiniz kifayətdir. Visa Electron/Classic/Gold/Platinum kartları ilə edilən hər 20 AZN/USD/EUR və yuxarı məbləğdə olan əməliyyat Soçi Olimpiyadasına iki nəfərlik səyahət qazanmaq üçün sizə 1 şans qazandıracaq. Misal üçün, Siz 65 AZN dəyərində alış-veriş etsəniz 3 şans əldə etmiş olacaqsınz. Şansların sayı artdıqca Olimpiyadaya getmə ehtimalınız da artacaqdır.
Aksiya 2013-cü il Oktyabr ayının 28-dən Noyabr ayının 30-dək davam edəcək.
Soçiyə getmək imkanı əldə edəcək qaliblərin adları Aksiya bitəndən sonra 5 Dekabr 2013 tarixində keçiriləcək lottereyada məlum olacaq (paketə uçuş, yerləşdirilmə, transfer, oyunları canlı izləmək, qidalanma və s. daxildir).
Soçidə ilk dəfə keçiriləcək tarixi hadisənin şahidi olun! Dünyanın ən güclü idmançılarını dəstəkləyin və Visa ilə idman ab-havasına qoşulun!
Visa Electron/Classic/Gold/Platinum sahibləri baş mükafatdan başqa üzərində Visa və Bank Standardın simvolikası əks olunmuş suvenirlər qazanmaq imkanı da əldə edəcəklər. Bunun üçün kart sahibləri 28 oktyabr və ondan sonrakı tarixlərdə edilən nağdsız ödənişlər üzrə çekləri Banka təqdim etməli olacaqlar.
Aksiya çərçivəsində aşağıda qeyd olunmuş suvenirlər veriləcəkdir:

Ən sərfəli kredit üçün müraciət et

• 50 AZN – 99 AZN məbləğində edilən əməliyyatlara görə - Fincan 

• 100 AZN – 299 AZN məbləğində edilən əməliyyatlara görə - İdman çantası 

• 300 AZN – 599 AZN məbləğində edilən əməliyyatlara görə - Noutbuk üçün çexol və ya çətir (istəkdən asılı olaraq) 

• 600 AZN və daha çox məbləğdə edilən əməliyyatlara görə - Çanta 

 

Suvenirləri almaq istəyən müştərilər 14 noyabr 2013 tarixindən alış-veriş çekləri ilə bərabər Bakıda yerləşən Baş Ofisə və ya regional ofislərə müraciət edərək onları dərhal əldə edə bilərlər.
Suvenirləri almaq üçün qaliblərə vaxt məhdudiyyəti qoyulmayıb.
Qeyd: Verilən suvenirlərin miqdarı məhduddur.
M
üştəri hər ayrı növdə olan suveniri yalnız bir dəfə ala bilər.

Baş ofis / “Müştərilərə Xidmət Mərkəzi” 

AZ1005, Bakı ş., Azərbaycan pr., 4 

Tel.: (012) 158 Faks: (012) 497 20 94

“Gəncə” filialı 

AZ2000, Gəncə ş., Atatürk pr., 261, ev. 4 

Tel.: (022) 56 70 22 Faks: (022) 56 66 93

“Lənkəran” filialı 

AZ4200, Lənkəran ş., Mir-Mustafaxan küç., 22 

Tel.: (025) 255 04 62 Faks: (025) 255 04 63

“Quba” filialı 

AZ4000, Quba ş., Natəvan küç., 35 

Tel.: (023) 335 55 26 Faks: (023) 335 24 45 

Ən sərfəli krediti almaq üçün müraciət et