Unibank-a pozitiv qiymət | Banco.az

Unibank-a pozitiv qiymət

«Moody’s Investors Service» Beynəlxalq agentliyi  “Unibank” ASC- nin  reytinq  qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv” kimi təsdiqləyərək,  bankın 2014 -cü ildən bu günə qədər  reytinqini «B2» səviyyəsində qoruyub saxladığını bir daha təsdiq etdi. 

Unibank-ın Maliyyə direktoru Emin Rəsulzadənin sözlərinə görə, beynəlxalq  agentliyin  bu qərarı, Unibank-ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. Emin Rəsulzadə Unibank-ın bu mövqedə  stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı  kapitallaşması, adekvat idaretmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

 “Moody's " beynəlxalq reytinq agentliyi  "Unibank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləməklə, bankın maliyyə davamlılığı reytinqinin səviyyəsi  isə "E+" səviyyəsində qiymətləndirilib. Agentlik ekspertlərinin rəyində  yüksək maliyyə göstəriciləri, çoxsahəli maliyyə profili,  girovsuz istehlakçı kreditlərinin yüksək artımı və  pərakəndə müştərilərin  aktivliyinə görə,  Unibankın Azərbaycanın  öndə gedən banklarından və ölkənin 5 ən boyük bankından biri olduğu vurğulanır. "Moody's" ekspertləri iddia edirlər ki, bankın reytinqinin əlavə olaraq artırılmasının mümkünlüyü gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et