TuranBank kredit faizlərini 9% endirdi! | Banco.az

TuranBank kredit faizlərini 9% endirdi!

TuranBank müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirdi. Bundan sonra adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz və arayışsız bankın istənilən filialında əldə etmək mümkündür.  

Müştəri məmnuniyyətinin yüksək səviyyədə olmasına daim önəm verən TuranBank ölkədə kredit faizlərində ciddi endirim tətbiq edən ilk bank oldu. Müştərilər arasında rəğbətlə qarşılanacaq bankın bu addımı onun "Bizimlə etibarlıdır..." strategiyasına daim sadiq qaldığından xəbər verir.

TuranBank, müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif olunur.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda Bank, öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. 

TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından,  https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar. 

Ən sərfəli krediti almaq üçün müraciət et